Yağış yağacaq, dolu düşəcək, dağ çaylarından daşqın və sel keçəcək – Xəbərdarlıq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək, dağ çaylarından daşqın və sel keçəcək – Xəbərdarlıq

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 10-u gündüz dağlıq ərazilərdə, avqustun 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top