
Yağış nəticəsində göl daşıb, həyətyanı sahələrə ziyan dəyib – açıqlama
Gəncə, 26 may, E. Məmmədov, AZƏRTAC
Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb. Park ərazisinə ziyan dəyməsə də yaxınlıqdakı mənzil, həyətyanı sahələr və küçələrə su dolub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Park-Kompleksinin müdiri İlyas Məmmədov deyib.
O bildirib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]
-
Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb
Bakı, 1 iyun, AZƏRTAC Çaytikanı (Hippophae rhamnoides L.) meyvəsi mineral maddələrlə və vitaminlərlə zəngindir. Onun […]