Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

Bakı, 1 iyul, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top