Xiyarın qiyməti 5 qəpiyə enib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

xiyarın kiloqramı

Xiyarın qiyməti 5 qəpiyə enib

Şəmkirdə xiyarın satış qiyməti fermerləri qane etmir.

Bakıda xiyarın kiloqramı 50 qəpik olduğu halda Şəmkirdə 10 kiloqramı 50 qəpikdir, yəni kilosu 5 qəpik. Şəmkirin ən böyük bazarlarında qiymətlər fermerləri qane etmir. Burada xiyarın 10 kiloqramlıq kisəsinin qiyməti 25 qəpikdən 70 qəpiyə kimi dəyişir. Qiymətin aşağı olması onları ziyana salır.

Fermer deyir ki, qiymətin aşağı olması məhsulun çox olması ilə əlaqədardır. “Bu gün kilosu 5 qəpikdir. Nə qədər parnik sahibləri, təsərrüfatçılar bu dəqiqə zərərdədir. Hərəsi 30-40 min manat zərərdədir” – deyə Şəmkir sakini Şəhadət Əliyev bildirir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top