Xəzərin Bilgəh sahilində təmizlik aksiyası: 1 ton tullantı toplanıb
Bakı, 10 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Sabunçu Rayon İcra Hakimiyyəti, Dövlət Gömrük Komitəsi, Hava Nəqliyyatında Gömrük İdarəsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Təmiz Şəhər” ASC nümayəndələrinin, DOST, miqrasiya könüllülərinin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Xəzər dənizinin Bilgəh sahilindən 1 ton tullantı toplanaraq daşınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sahilyanı iməcilik “Tullantını topla, ekoçanta apar” aksiyası ilə davam edib, vətəndaşlar ətraf ərazidən topladıqları plastik tullantıları gətirərək əvəzində ekoçanta əldə ediblər. Aksiya vətəndaşları tullantıların düzgün idarəsinə, o cümlədən Xəzər dənizinin sahilini təmiz saxlamağa təşviq etmək, “ekoloji dost” alternativlərdən istifadəyə marağı artırmaq məqsədilə keçirilib.
Qeyd edək ki, hər il avqustun 12-si Xəzər dənizinin ekoloji əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədilə Xəzər Günü kimi qeyd olunur. Bu gün 2006-cı ildə Xəzəryanı dövlətlər: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na əsasən təsis edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]