Xəzər, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə yaranacaq
Bakı, 14 avqust, AZƏRTAC
Bu gün saat 09:00-dan “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin 21,5-ci kilometrində və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə “Lökbatan” QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Stansiya Qala və Mərdəkan yeni yaşayış massivləri), Yasamal rayonunun (R. Məmmədov, K.Kazımzadə, Ş.Mehdiyev, Ə. Ələkbərov küçələri, H.Cavid prospekti), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]