“Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çapdan çıxıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çapdan çıxıb

Bakı, 25 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Elnur Səfərovun “Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada kontakt və peyk məlumatlarına əsasən müasir tədqiqat metodlarının tətbiqi sayəsində Xəzər dənizinin əsas hidrometeoroloji parametrləri, o cümlədən mövsümi və çoxillik səviyyə dəyişmələrinin əsas xüsusiyyətləri araşdırılıb. Spektral analiz metodlarından olan “Veyvlet” çevrilmələrindən istifadə etməklə ilk dəfə olaraq Xəzər dənizinin qeyri-stasionar səviyyə dəyişmələrinin period-amplitud-zaman asılılığı və onun qlobal iqlim indeksinin El Nino fazası ilə mümkün əlaqəsi öyrənilib.

Kitab Xəzər dənizinin səviyyə problemləri, həmçinin peyk altimetriyası və spektral analiz sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top