
Xətai rayonunda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bakının Xətai rayonunda 2-ci zeytun sovxozu, 165 ünvanında fiziki şəxs Məmmədli Turan Məmməd oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda bal bahalaşıb
Azərbaycanda balın qiymətinin artması müşahidə olunur. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 […]
-
Asiyadan Avropaya kimi bütün dünyada istehsal sektoru ilə bağlı proqnozlar pisləşir
Qlobal iqtisadiyyatdakı yavaşlama və davam edən tədarük zənciri problemləri ilə Avropada istehsal fəaliyyəti iyul ayında […]
-
Pomidorun qiyməti 4 manata qalxıb
Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti ucuzlaşmaqdansa, bahalaşıb. Market və […]