Xərçənglə mübarizə aparmağa kömək edən vitamin aşkar edildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xərçənglə mübarizə aparmağa kömək edən vitamin aşkar edildi

ABŞ-nin Minnesota Universitetinin alimləri immun T hüceyrələrini orqanizmə daxil etməzdən əvvəl onlara B3 vitamini (nikotinamid) ilə təsir etdikdə bu hüceyrələrin xərçəngin məhv edilməsində effektivliyinin arta bilməsini müəyyən ediblər. Yenilikçi yanaşma rezistent xərçəngi olan xəstələrdə remissiyaya səbəb olub.

Araşdırma “Science Translational Medicine” jurnalında dərc olunub.

Təbii T-hüceyrələrinin yenidən proqramlaşdırılması ilə müxtəlif növ qan xərçəngləri üçün immunoterapiya ümidverici nəticələr göstərib, lakin o, bəzi xəstələr üçün effektiv olmayıb. Onlar xərçənglə mübarizədə immun hüceyrələrinin effektivliyini artırmaq üçün nəzərdə tutulmuş üsul kəşf ediblər.

Təbii T hüceyrələr laboratoriyada həmçinin nikotinamid kimi bilinən B3 vitamininin təsrinə məruz qoyulublar, sonra isə onları xəstələrin bədəninə daxil ediblər.

T hüceyrələri anadangəlmə immun sisteminin bir hissəsi olan lenfositlərdir. Onlar mikroblarla mübarizə aparır və həmçinin insan orqanizmində müntəzəm olaraq əmələ gələn xərçəng hüceyrələrini məhv edirlər.

Alimlər təkrarlanan və ya müalicəyə tabe olmayan qan xərçəngindən əziyyət çəkən 30 xəstə üzərində klinik sınaq keçiriblər. Qeyri-Hodgkin lenfoması olan 19 xəstədən 11-i terapiyaya tam, üçü isə qismən tabe olub. Komanda nikotinamidin T hüceyrələrini oksidləşdirici stresdən qoruduğunu, eyni zamanda onların dayanıqlığını, limfa düyünlərinə daxil olmaq qabiliyyətini və xərçəng hüceyrələrini aşkar edib onları məhv etdiyini ortaya çıxarıb.

Mənbə: gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top