Xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turist səfərlərinə icazə verilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turist səfərlərinə icazə verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcəklər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top