Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsində xərcin artırılması hələ uğur meyarı deyil. Lakin gəlirin artırılması uğurdur”.

Bunu Bakupost.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O qeyd edib ki,​ bu gəlirlərin də Dövlət Neft Fondundan transfertlərin artırılması hesabına yox, qeyri-neft sektoru hesabına artırılması uğur meyarı ola bilər.

Ekspert büdcə gəlirlərinin qeyri-neft sektoru hesabına artmasını uğurlu addım kimi qiymətləndirib.

X.Kərimli deyib ki,​ hər il büdcə gəlirlərində qeyri-neft sektorunun payı artır:

“Büdcə xərcləri artdıqca, qiymətlər də yüksəlir və ona görə də inflyasiyanı cilovlamaq istəyirik. Bütün bunlara baxmayaraq, gələn il büdcəyə yenidən baxıla da bilər”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top