
“WhatsApp”ın yeni funksiyası: Artıq özünüzə mesaj göndərə biləcəksiniz
“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz.
Bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir.
Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz.
Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola bilər. Funksiya “WhatsApp”da davamlı yazışanlar və qeydlər üçün ayrıca proqramdan istifadə etməyənlər üçün daha əlverişli olacaq.
Özünüzə mesaj göndərmək imkanı artıq həm şəxsi, həm də korporativ mesajlaşmaların əksəriyyətində mövcuddur.
Mənbə: “The Verge”
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda İT xərclərin azaldılması informasiya təhlükəsizliyinə risk yarada bilər
“İT xərclərin optimallaşdırılmasının bu xərclərin azaldılması kimi anlaşılması İT sektorun inkişafına, həm də informasiya təhlükəsizliyinə […]
-
Azərbaycanda dövlət qurumları üçün “wetransfer”ə alternativ resurs yaradılıb
Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün “wetransfer” alternativi yaradılan yeni “share.gov.az” xidməti istifadəyə […]
-
Allahverən İsmayılov: “İrandakı terror aktı ilə bağlı kiberhücumlara qarşı ciddi tədbirlər görülməlidir”
“İran İslam Respublikasında Azərbaycan səfirliyinə edilən terror aktı bunu deməyə əsas verir ki, hazırda informasiya […]