Vüqar Əliyev: Azərbaycan və Rusiya media namyəndələrinin görşü informasiya məkanının zənginləşməsinə töhfə verəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vüqar Əliyev: Azərbaycan və Rusiya media namyəndələrinin görşü informasiya məkanının zənginləşməsinə töhfə verəcək

Moskva, 23 may, AZƏRTAC

“Rusiya – Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzunda keçirilən dəyirmi masa iki ölkənin media strukturları arasında əməkdaşlığın inkişafına töhfə verəcək.

Bu fikri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

“Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzunda TASS agentliyində keçirilən dəyirmi masada hər iki ölkənin aparıcı media strukturlarının nümayəndələri iştirak ediblər. Kifayət qədər dolğun, məhsuldar bir görüş oldu. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə TASS agentliyinin binası önündə təşkil olunmuş fotosərgi xüsusi maraq doğurdu. İştirakçıların bir çoxu Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirərələrini bölüşdülər, Ulu Öndərin mətbuata dəstək və qayğısından danışdılar”, – deyə Vüqar Əliyev bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri vurğulayıb ki, dəyirmi masada çıxışlarda kütləvi informasiya vasitələri arasında əməkdaşlığa dair mühüm fikirlər səslənib: “Əminəm ki, bu fikirlər və irəli sürülən təkliflər Azərbaycan və Rusiya informasiya məkanının zənginləşməsinə töhfə verəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top