
Vüqar Bayramov: “Tarif Şurasının qərarı dərmanların qiymətini optimallaşdıracaq” – FOTO
“Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
“Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək”, – deyə o qeyd edib.
Deputat vurğulayıb ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətinin artırılması uzun müddət diqqət mərkəzində olub:
“Dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı”.
Onun sözlərinə görə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda, keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir:
“Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq. Ümumilikdə bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Dövlət Gömrük Komitəsinin üzərinə yeni öhdəlik qoyulub
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən […]
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]