
Voleybolçumuz Ayşən Abduləzimova ardıcıl ikinci dəfə Macarıstan çempionu olub
Bakı, 8 may, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vaşaş” finalda “Bekescsaba” klubu ilə üz-üzə gəlib.
İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan kapitanımızın komandası son matçı da 3:0 hesabı ilə öz xeyrinə başa vurub.
Beləliklə, finalın hər üç matçında qələbə qazanan “Vaşaş” klubu Macarıstan çempionu olub və ötən ilki titulunu qoruyub. Bu oyunda millimizin və “Vaşaş”ın kapitanı 18 dəfə fərqlənib. Voleybolçu bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.
Qeyd edək ki, bu il A.Abduləzimovanın çıxış etdiyi “Vaşaş” həm də Macarıstan kubokunu qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]