“Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start vermildi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start vermildi

Mərkəzi Bank Visa təşkilatıyla birgə mobil ödənişləri təşviq etmək üçün “Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start vermişdir

11 iyun 2020-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank Visa beynəlxalq kart təşkilatıyla birgə “Visa Token Service – VTS”in ölkə ərazisində uğurlu startından sonra “Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start vermişdir.

Economic.az xəbər verir ki, “Visa mobil tətbiqi ilə ödəniş et” adlı 2 aylıq kampaniya ölkədə istehlakçılar arasında təmassız mobil ödənişlərin inkişafına və tokenizasiya olunmuş tranzaksiyaların sayının artırılmasına hədəflənmişdir. Kampaniyada iştirak hazırda müvafiq sertifikasiyadan keçmiş üç bankın – “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Bank Respublika” ASC-nin emissiya etdiyi bank kartları vasitəsilə öz mobil bank tətbiqindən istifadə edərək ödəniş edən bütün Visa kart istifadəçiləri üçün açıqdır.

Kampaniyanın şərtləri çox sadədir və iştirak etmək üçün Visa kart istifadəçisi öz bankının mobil tətbiqi vasitəsilə 1 ay ərzində, hər biri 5 AZN olmaqla ən azı 10 tranzaksiya həyata keçirməlidir. Nəticə olaraq, kampaniyanın şərtlərini yerinə yetirən bütün Visa kart istifadəçiləri öz hesablarına 25 AZN geri alacaqlar. Keçirilən kampaniyanın birinci ayı 10 iyun-10 iyul, ikinci ayı isə 11 iyul -10 avqust tarixlərini əhatə edir.

Qeyd edək ki, Visa Token Service (VTS) – nağdsız ödənişlərin və mobil kommersiyanın inkişafı üçün təhlükəsiz mühiti təmin edən innovativ texnologiyadır. 2019-2020-ci illər ərzində Mərkəzi Bank, “Kapital Bank” ASC və “Bank Respublika” ASC ilə əməkdaşlıq çərçivəsində, Visa ilk dəfə olaraq Visa Token Service proqramını istifadəyə vermişdir. Hal-hazırda təmassız ödənişləri qəbul edən istənilən POS-terminal vasitəsilə mobil telefonla qeyd edilən ödənişləri (VTS) aparmaq mümkündür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top