“Visa” Azərbaycanda rəqəmsal valyuta, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinə dəstək ola bilər – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Visa” Azərbaycanda rəqəmsal valyuta, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinə dəstək ola bilər – FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa” beynəlxalq ödəniş sistemi ilə ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinə dəstək məsələlərini müzakirə edib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik toplantılarının keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başladı. İlk olaraq “Visa”nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük”, – T. Kazımov qeyd edib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə Visa arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top