MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Təkərlərin qiyməti qalxdı: ƏN UCUZ XİDMƏT HARDADIR? – Video

Avtomobilində qış şinlərini yay şinlərinə dəyişmək istəyənlər bu xəbərə mütləq baxsınlar. Yeni təkərlərin qiymətləri ötən […]

Avtomobilində qış şinlərini yay şinlərinə dəyişmək istəyənlər bu xəbərə mütləq baxsınlar. Yeni təkərlərin qiymətləri ötən illə müqayisədə bir qədər artıb. Bəs bunun səbəbi nədir? Bazarda əsasən hansı təkərlər daha çox satılır? Bu sualların cavabını əməkdaşlarımız araşdırıblar.

Economic.az  xezerxeber.az-a istinadən bildirir ki, avtomobil təkərlərinin yay şinlərinə keçidi ilə əlaqədar bazarda canlanma gözlənsə də, bu, baş verməyib.
MDB ölkələrində bəzi şin istehsalçıları qiymətləri 4-9% bahalaşdırdığından bazarlarda təzə təkərlərin qiyməti də artıb və nəticədə bu da alıcıların sayına təsir edib.
Əvvəlki illərdən fərqli olaraq, alıcılar daha çox qiyməti nisbətən münasib olan Koreya istehsalı olan təkərlərə üstünlük verirlər.
Satıcıların sözlərinə görə, Koreya istehsalı olan təkərlərin alınmasının əsas səbəblərindən biri brend məhsullar ilə qiymət fərqinin çox olmasıdır.
Təzə təkərlərin qiymətinin artması işlənmiş təkərlərin satışına da təsir edib. Alıcılar ucuz olduğuna görə işlənmiş təkər almağa üstünlük verirlər.
Satıcılar həmçinin onu da deyirlər ki, əgər dolların kursunda enmə davam edərsə, təkərlərin qiyməti də nisbətən düşəcək.

Economic.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təkərlərin qiyməti qalxdı

VİDEO QALEREYA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top