
VİDEO: Avtomobillərə texniki xidmət göstərən sexlərə nəzarət güclənir
Avtomobillərə texniki xidmət sahəsi və təmir sexlərinə nəzarət güclənir.
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi əsasnamə”də dəyişiklik edib.
Dəyişikliklər təmir stansiya və sahələrinin təşkili qaydalarını, təyinatı,vəzifəsi və məsuliyyətini müəyyən edir. Yeniliklərdən biri bütün avtomobil ustalarının xüsusi hazırlıq keçmələri ilə bağlıdır.
Təmir sexləri və avtomobil sahibləri arasındakı münasibətləri tənzimləmək üçün Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən müəyyən standartlar tətbiq ediləcək.
Yenilik eyni zamanda avtomobillərə standartlara uyğun xidmət göstərməyənlərə qarşı sərt tədbirlər deməkdir.
İşin təşkili və standartlara uyğunluğunu müəyyən etmək üçün monitorinqlər həyata keçiriləcək.
“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:
BƏNZƏR MƏQALƏLƏR
-
Mirəsədulla Mirqasımov küçəsi təmir edilib VİDEO/FOTO
Nəsimi rayonunda Mirəsədulla Mirqasımov küçəsi əsaslı şəkildə təmir edilib 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, […]
-
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovu edən […]
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]