
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ KEYFİYYƏTİ İLƏ BAĞLI 1652-YƏ ZƏNG EDİN
Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlardan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı hər hansı narazılıqları olarsa, nazirliyin 1652 Çağrı Mərkəzinə zəng etməyi xahiş edir.
Economic-in məlumatına görə, meyvə-tərəvəz, xüsusilə bostan bitkilərinin gündəlik qidamızda geniş yer aldığı, ət məhsullarının isə tez xarab olduğu isti fəsillərdə əhalini bu qidaların sağlamlığı, yetişdirilmə və bəslənmə, saxlanma şəraitinin orqanizmə təsiri çox maraqlandırır.
Respublikada kənd təsərrüfatı sahəsində ən son texnoloji yeniliklərin tətbiqi, bitki sortlarının mühafizəsi, geni dəyişdirilmiş məhsulların qadağan olunması, baytarlıq və fitosanitar nəzarəti ilə dövlət bu narahatlıqları minimum endirməyə çalışsa da, məlumatsızlıq və çox zaman əsassız şayiələr insanları çaşdırmaqda davam edir.
Kənd Təsərrüfatı Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, bazar və marketlərdən aldıqları və keyfiyyətlərinə şübhə ilə yanaşdıqları hər hansı bitki və ya heyvan məşəli məhsulla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (sabit telefondan 1652 qısa nömrəsi) müraciət edə bilərlər.
Nazirliyin tabeliyində olan müvafiq qurumların, istər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, istərsə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarında istənilən bitki və heyvan mənşəli qidanın tərkibi yoxlanıldıqdan sonra, vətəndaşlara analizlərin nəticələri barədə məlumat veriləcək, onları maraqlandıran suallara aydınlıq gətiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]