
Vahid Əhmədov: “Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb”
“Azərbaycanda kifayət qədər qiymət artımı var. Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı sata bilməzlər”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov bildirib.
“Qiymət siyasətində problemi həll etməsək, nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq. Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi ilə qiymət siyasəti ilə bağlı görüş keçirək. Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb. Yox, əgər nəzarət olunursa, niyə qiymətlər bu həddədir?!” – deyə Vahid Əhmədov bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” – FOTO
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr […]
-
Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq
Pərviz Heydərov yazır… Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun […]
-
SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və […]