Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra qoruqlarda tədbirlər keçiriləcək
ECONOMIC: 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.
Qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.
Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn video-konfrans keçiriləcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.
Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir
BƏNZƏR MƏQALƏLƏR
-
Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun […]
-
Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq […]
-
AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam […]