“UPI qablaşdırma sənayesində daxili bazarın tələbatını 30 faiz ödəyəcək” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“UPI qablaşdırma sənayesində daxili bazarın tələbatını 30 faiz ödəyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Sumqayıt Kimya Sənaye Parkında ötən gün açılan müəssisə “Universal Packing Industry” (UPI) ölkənin qablaşdırma (qofro karton, fayl ) sənayesində daxili bazarın tələbatını 30 faiz ödəyəcək”. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müəssisənin rəhbəri Fikrət Vəliyev deyib. 

Onun sözlərinə görə, ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıq olan zavodda 20 çeşiddə məhsul istehsal olunur: 

“Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur”.

O qeyd edib ki, müəssisənin illik istehsal gücü 30 milyon kvadratmetr karton, 25 milyon ədəd fayldır.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top