MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

UNİDO: Azərbaycan bizim üçün nümunəvi ölkədir

Azərbaycan BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) üçün nümunəvi və örnək ölkədir.

Bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) strateji planlaşdırma və koordinasiya departamentinin rəsmi Olqa Memedoviç bildirib.

“Azərbaycan Asiya İnkişaf Bankının (AİB) CAREC proqramının bir üzvüdür və bu proqram çərçivəsində 6 önəmli nəqliyyat dəhlizi var. Bu gün Asiya İnkişaf Bankı Azərbaycanın töhfəsi ilə ikinci dəhliz barədə müzakirə aparır. Azərbaycan dövləti bu layihə çərçivəsində böyük işlər görüb, əmək sərf edib. Eyni zamanda özəl sektor üçün və dövlətin siyasəti baxımından bizim üçün nümunəvi ölkə olaraq qalır. UNİDO bu layihəni keyfiyyətcə daha böyük səviyyəyə çatdırmaq istəyir. Hazırda bu layihə Azərbaycanda daxil olmaqla 6 ölkəni əhatə edir və müxtəlif tərəfdaşlarımızın maliyyə dəstəkləri var. Gələcəkdə bu layihəni beynəlxalq maliyyə institutlarının dəstəyi ilə irimiqyaslı şəkildə reallaşdırmaq istəyirik. Hazırda layihənin ümumi dəyəri 2 milyon avrodur. Bu, başlanğıc məbləğdir. Əslində bu vəsait bilik platforması üçün istifadə olunacaq. Təbii ki, gələcəkdə digər ölkələri də bu layihəyə qoşmaq problem deyil”, – deyə UNİDO rəsmisi bildirib.

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: