UNEC-in 53 məzunu Dövlət Proqramının qalibi olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

UNEC-in 53 məzunu Dövlət Proqramının qalibi olub

Bakı, 20 avqust, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın 2024/2025-ci tədris ili üzrə nəticələrinə əsasən, xaricdə təhsil almaq hüququnu qazanan iştirakçılardan 53 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin 53 məzunu dünyanı aparıcı universitetlərində (o cümlədən ABŞ-ın Vaşinqton, Çikaqo, Minnesota, Merilend universitetlərində, Urbana-Şampeyn İllinoys Universitetində, A&M Texas Universitetində, Britaniyanın London Universitet Kollecində, Uorvik Universitetində, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində, Qlazqo, Kardiff, Edinburq, Lester, Mançester, Birminhem universitetlərində, İtaliyanın Bolonya Universitetində, Sinqapur Milli Universitetində) təhsil almaq hüququ qazanıb.

Məzunlardan 10 nəfəri ABŞ, 41 nəfəri Birləşmiş Krallıq, 1 nəfəri İtaliya, 1 nəfəri isə Sinqapurun nüfuzlu universitetlərinə qəbul olub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top