Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Bakı, 31 may, AZƏRTAC

Bu gün Ümumdünya Tütünsüz Günü qeyd olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, bu qlobal təşəbbüsə dəstək olaraq, İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti dayandırılıb.

“Saat 12:00-dan 18:00-dək ictimai iaşə obyektlərində və mehmanxanalarda tütün satışı dayandırılaraq, hamı üçün daha sağlam ətraf mühit şəraiti yaratmağa dəstək verilib”, – deyə məlumatda qeyd olunub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top