Umayra Tağıyeva: Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasında müşahidələrin bərpa olunması böyük əhəmiyyətə malikdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Umayra Tağıyeva: Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasında müşahidələrin bərpa olunması böyük əhəmiyyətə malikdir

Bakı, 9 avqust, AZƏRTAC

Bütün dünyada olduğu kimi, Azərbaycanda da atmosferin müxtəlif parametrlərində daim müşahidələr aparılır. Bu məlumatların vacibliyi ondan ibarətdir ki, istənilən təhlükəni əvvəlcədən proqnozlaşdırmaqla fəsadları minimuma endirmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasında müşahidələrin bərpa olunması ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafında böyük əhəmiyyətə malikdir. Bu, həm də atmosferin müxtəlif təbəqələri üzrə dəyişmələri müşahidə etməyə imkan verir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top