
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib
Bakı, 6 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Dövlət Gömrük Komitəsi, Azərbaycan İnvestisiya Holdinqin rəsmilərinin, Bakı Türk Anadolu və Bakı Atatürk liseylərinin müəllim və şagirdlərinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ermənistanın törətdiyi son təxribatlar sülh danışıqları istiqamətində aparılan fəaliyyətə qarşı yönəlib – Şərh
Bakı, 28 may, AZƏRTAC Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən […]
-
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
Bakı, 28 may, AZƏRTAC Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün […]
-
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Bakı, 28 may, AZƏRTAC İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək. AZƏRTAC […]