Ukraynanın XİN başçısı ABŞ Dövlət katibi ilə ölkənin NATO-ya üzvlüyünü müzakirə edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ukraynanın XİN başçısı ABŞ Dövlət katibi ilə ölkənin NATO-ya üzvlüyünü müzakirə edib

Vaşinqton, 10 iyul, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO Sammiti çərçivəsində Vaşinqtonda görüşüblər.

AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, görüşdə Ukraynanın NATO üzvlüyünə daha da yaxınlaşması istiqamətində görülən işlər, Rusiya ilə müharibədə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək istiqamətində ABŞ-ın dəstəyi və Ukraynanın Trans Atlantik inteqrasiyası üçün vacib islahatlar barədə müzakirə aparılıb.

Tərəflər Ukraynanın hava müdafiəsini gücləndirməklə bağlı müttəfiq ölkələrin atdığı yeni addımlar barədə danışıblar. Həmçinin görüşdə enerji təhlükəsizliyi və Ukraynanın enerji sisteminin dayanıqlığını artırmaq üçün G7+ çərçivəsində davam edən səylər müzakirə edilib. Dövlət katibi ABŞ-ın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top