
Ukraynada dövlət qulluqçuları və deputatlarla bağlı qadağa
Bakı, 24 yanvar, AZƏRTAC
Ukraynanın dövlət qulluqçularına və deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.
“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hakimiyyətin bütün məmurlarına, digər müxtəlif səviyyəli yerli idarəetmə orqanlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və bütün şəxslərə aiddir”, – V.Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Artıq məmurlar nə məzuniyyətə, nə də başqa qeyri-dövlət məqsədləri üçün xaricə gedə bilməyəcəklər”, – dövlət başçısı izah edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]