
Ukraynada bəzi kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən ƏDV-nin dərəcəsi artırılıb
Ukrayna prezidenti Vladimir Zelenski ölkəyə kənardan gətirilən kənd təsərrüfatı məhsullarının bəzi növləri üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib.
Ali Radanın iyulun 1-də qəbul etdiyi qanun dəyişikliyinə əsasən, ölkə ərazisinə canlı iribuynuzlu heyvanların, donuzların, qoyunların, südün, yulafın, çovdarın, üyüdülmüş və üyüdülməmiş kətan toxumunun, digər yağlı bitki toxumlarının və meyvələrinin, şəkər çuğundurunun gətirilməsi əməliyyatları 20 faiz dərəcəsi ilə əlavə dəyər vergisinə cəlb olunacaq. Taxıl, qarğıdalı, günəbaxan, soya kimi məhsullara tətbiq olunan ƏDV-nin dərəcəsi isə 14 faizlik əvvəlki səviyyəsində saxlanılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]