Ukrayna Türkiyənin göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ukrayna Türkiyənin göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir

Kiyev, 6 iyun, AZƏRTAC

Rusiya-Ukrayna münaqişəsi zamanı Türkiyə öz iqtisadi və humanitar yardımını göstərməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Respublikasının Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüşündə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk söyləyib.

Bu yardıma görə Türkiyə dövlətinə təşəkkürünü bildirən O.Kondratyuk bildirib ki, Türkiyə Xarkov və Xerson şəhərlərinə 180 generator, yüzlərlə yük maşını humanitar yardım edib.

Vitse-spiker bildirib ki, enerji böhranı kontekstində Türkiyənin Ukraynaya generatorlarla kömək etməyə davam etməsi olduqca vacibdir. “Taxıl təşəbbüsündə, əsirlərin azad edilməsində Türkiyənin oynadığı mühüm rolu hamımız bilirik və yüksək qiymətləndiririk”, deyə O.Kondratyuk əlavə edib.

Görüşdə Türkiyə tərəfindən Odessa Hərbi Dəniz Liseyinin kursantları üçün təlimlərin təşkili imkanlarını nəzərdən keçirmək də xahiş olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top