Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarılıb

Kiyev, 16 avqust, AZƏRTAC

Ukraynanın Təhsil və Elm Nazirliyi xarici ədəbiyyatın öyrənilməsi üzrə orta məktəb kurikulumunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda xarici ölkələrin ədəbiyyatı proqramından rus və belarus müəlliflərinin əsərləri çıxarıldığı bildirilib.

“Proqramların məzmunundan rus və belarus müəlliflərinin əsərləri çıxarılıb. Əvəzində ədəbi prosesə uyğun şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla əcnəbi yazıçıların əsərləri əlavə edilib”, – deyə məlumatda qeyd edilir.

Dünya ədəbiyyatı proqramında Puşkinin, Krılovun, Çexovun, Lermontovun, Bulqakovun, Tolstoyun, Turgenevin, Nekrasovun, Dostoyevskinin, Qriboyedovun əsərləri olmayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

AZERTAG.AZ :Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarılıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top