
“Uğur yolu” müsabiqəsinin finalçılarına sertifikatlar təqdim olunub – FOTO
İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramının yarımfinal mərhələsində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev finalçıları təbrik edib, artıq ikinci dəfə təşkil edilən müsabiqənin intellektual səviyyəsi və idarəçilik potensialı yüksək olan əməkdaşların müəyyən edilməsi, onların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini qeyd edib.
Nazirin birinci müavini “Uğur yolu” karyera inkişaf proqramının finalçılarından Nazirlik qarşısında qoyulan vəzifələrin icrasında gözləntilərini, əldə olunmuş təcrübə və bacarıqların uğurla tətbiq ediləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil edilən “Uğur yolu” karyera inkişaf proqramının məqsədi Nazirlikdə yüksək potensiallı kadrların ehtiyat bazasının formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və hərtərəfli inkişafı üçün daha əlverişli şəraitin yaradılması, idarəetmə sahəsində təcrübə mübadiləsidir. Proqram həmçinin, korporativ mədəniyyətin güclənməsinə, əməkdaşlar arasında işgüzar əlaqələrin genişlənməsinə, effektiv ünsiyyətin formalaşmasına şərait yaradır.
BƏNZƏR MƏQALƏLƏR
-
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” – FOTO
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr […]
-
Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq
Pərviz Heydərov yazır… Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun […]
-
SOCAR və “Qazprom” arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya və […]