TÜRKPA nümayəndə heyətinin rəhbəri: Müşahidələrimiz göstərir ki, seçkilər demokratik şəraitdə davam edir
Şamaxı, 1 sentyabr, R.Türkoğlu, AZƏRTAC
Biz TÜRKPA nümayəndə heyəti olaraq Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyirik. Müşahidələrimiz göstərir ki, seçkilər demokratik və şəffaf şəkildə davam edir. Bundan çox məmnunuq. Bütün namizədlərə uğurlar arzulayıram.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şamaxıda Milli Məclisə seçkilərin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilci söyləyib.
“Bilirəm ki, bu seçki Azərbaycan üçün çox önəmlidir. Seçiləcək namizədlərin həm parlamentə, həm də ölkəyə uğurlu, xeyirli olmasını diləyirəm. Türkiyə və Azərbaycanın qardaşlığı hamıya məlumdur. Biz bütün dünyaya bəyan edirik ki, bu seçki prosesi demokratik şəkildə keçirilir. Biz bunu çox uğurlu hesab edirik”, – deyə nümayəndə heyətinin rəhbəri bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]