Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb

Türkmənistan şirkətləri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri ilə ixrac-idxal əməliyyatları üzrə ümumilikdə 35 milyon ABŞ dollarından çox ikitərəfli sənədlər imzalayıb.

Sənədlər İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Sammiti çərçivəsində üzv ölkələrin biznes forumunda imzalanıb.

“Qazaxıstan-Türkmənistan-İran” dəmir yolu dəhlizindən istifadə olunması ilə bağlı qarşılıqlı anlaşma memorandumu, bundan başqa Türkmənistanın neft-qaz kompleksinin müvafiq strukturları ilə İƏT-in iştirakçısı olan ölkələrin şirkətlərinin nümayəndələri arasında ümumi dəyəri 11 milyon ABŞ dollarından çox olan ikitərəfli sənədlər imzalanıb.

Türkmənistan şirkətləri şirniyyat məhsullarının Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistana ixracı üçün müqavilələr imzalayıblar. İdxal müqavilələri arasında Türkmənistanda mebel istehsalı üçün Türkiyədən avadanlıq tədarükü, Qazaxıstandan taxıl tədarükü və digər sənədlər imzalanıb. / AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top