Türkiyənin vitse-prezidenti: Ümid edirəm ki, Milli Məclisə keçirilən seçkilər regionda sülh və sabitliyə töhfə verəcək
Ankara, 2 sentyabr, AZƏRTAC
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı təbrik edib.
AZƏRTAC xəbər verir ki, siyasətçi sosial şəbəkədə Azərbaycan liderinə ünvanlanmış təbrikini paylaşıb.
“Yeddinci çağırış Milli Məclisə seçkilərdə qalib gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində, o cümlədən Qarabağda keçirilməsi faktı sevindirici haldır. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək”, – deyə yazıda deyilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]