Türkiyəli professor sevgidən danışdı: “Üç mərhələsi var, əksər münasibətlər ikinci mərhələdə bitir…”
“Üç mərhələdən ibarət olan sevginin ilkin dövrləri hormonal dəyişikliklər səbəbindən stressli keçir”.
Bu sözləri Türkiyənin Trakya Universiteti Tibb Fakültəsinin Fiziologiya kafedrasının müdiri, professor Levent Öztürk eşq və sevginin fiziologiyasından danışarkən deyib.
Aşiq olmağın insanda hormonal dəyişikliklərə gətirib çıxardığını bildirən Levent Öztürk son illərdə elm adamlarının sevginin insan orqanizminə fizioloji və psixoloji təsirlərini araşdırmağa başladığını qeyd edib.
Öztürkün sözlərinə görə, sevgi 3 mərhələdən ibarətdir. “Birinci mərhələ “aşiq olmaq”, ikinci mərhələ “alovlu eşq dövrü” və son mərhələ “dostcasına sevgi dövrü”dür. Əksər münasibətlər ilk 2 mərhələdə bitir və üçüncü mərhələyə keçə bilmirlər”, – deyə professor vurğulayıb.
Levent Öztürk sevginin ilkin dövrlərində beyində serotonin hormonu səviyyəsinin aşağı düşdüyünə diqqət çəkib. Onun sözlərinə görə, bu hormonun azalması nəticəsində insanda stres və depressiya artır.
“İnsan günün hər saatında aşiq olduğu insan haqqında düşünməyə başlayır. Bu zaman asılılıq dövrü başlaya bilər. Bu dövrlərdə serotonin hormonunun azalması depressiv əhvali-ruhiyyə yaranmasına səbəb olur. Beynimizdə pozğunluğa oxşayan bir hiss ortaya çıxmağa başlayır ki, bu da sevginin stres həcmini əks etdirir. Sevginin ilkin dövrlərində kortizol və stres faktoru yüksək olur. Münasibətlər irəlilədikcə və güvən hissləri artdıqca kortizol azalır, beləliklə stres səviyyəsi də azalır”, – deyə Levent Öztürk əlavə edib.
Mənbə: Haber Global
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]