Türkiyəli idmançı dünya rekordu qırdı – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyəli idmançı dünya rekordu qırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli idmançı Şahika Ercümen kürəklərdən və dalğıcların istifadə etdiyi digər avadanlıqların köməyi olmadan üfüqi vəziyyətdə suyun dərinliyinə baş vuraraq dünya rekordunu təzələyib.

Belə ki, Türkiyənin Hatay bölgəsində suya dalan idmançı birnəfəsə 106 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (105 metr) yeniləyib.

İdmançı yeni nailiyyətini Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümünə həsr etdiyini bildirib.

Əlavə edək ki, Ş.Ercümen bu göstərici ilə adını “Ginnesin Rekordlar Kitabı”na  da yazdırıb.

Mənbə: Ntv.com.tr

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top