Türkiyədə turistlərə kirayə evlərin verilməsini qadağan etmək təklif olundu – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə turistlərə kirayə evlərin verilməsini qadağan etmək təklif olundu

“Türkiyə hökuməti bazarda qiymət artımını tənzimləmək üçün turistlərə kirayə evlərin verilməsini qadağan etməlidir”.

Bu fikirləri türkiyəli analitik, “Aydınlık” qəzetinin iqtisadiyyat şöbəsinin rəhbəri Rəcəb Ercin səsləndirib

Onun sözlərinə görə, ötən ilin iyulunda tətbiq edilən 25 faizlik məhdudiyyət həddinə rəğmən Türkiyədə ev kirayələrinin məbləği sürətlə artır.

“Səbəb əcnəbilərin yüksək qiymət ödəməyə hazır olması və daşınmaz əmlakı investisiya alətinə çevirən inflyasiyadır. Beləliklə, evlərin və mənzillərin qiyməti, ardınca isə kirayə haqları artır. BETAM və “Sahibindex Rental Housing Market Outlook:February 2023” hesabatına görə, cari ilin yanvar ayında Türkiyədə kirayə elanlarında qiymət artımı 173,5  faiz olub. Bu, rəsmi inflyasiya səviyyəsindən xeyli yüksəkdir”, – deyə o bildirib.

Ekspert İstanbulda ucuz kirayə evlərin olmamasına diqqət çəkib ki, bu da qiymətləri yüksəldən amildir.

“Antalyada Rusiya vətəndaşları bazarı pozdu. Hökumət qərar verməli və xarici turistlərə ev kirayəsini qadağan etməlidir”, – deyə Rəcəb Erçin bildirib.

Türkiyədə bir sıra ekspertlər və media kirayə haqqı probleminin sosial böhrana çevrilmək üzrə olduğunu bildirirlər.

Mənbə: RİA Novosti

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top