Türkiyədə məşhur telekanalın aparıcısı stəkanın üzərindəki loqoya görə işdən qovuldu – FOTO/VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə məşhur telekanalın aparıcısı stəkanın üzərindəki loqoya görə işdən qovuldu – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin TGRT telekanalında xəbər proqramının aparıcısı Meltem Günay “Starbucks” qəhvə şəbəkəsinin loqosu olan stəkanla efirə çıxdığı üçün işdən qovulub.

Bu barədə TGRT kanalından məlumat verilib.

Bildirilib ki, bu qərarın verilməsinə səbəb televiziya şirkətinin korporativ qaydalarının pozulmasıdır. Şirkətin verdiyi açıqlamada xüsusilə gizli reklamla bağlı qaydaların pozulduğu, bunun, həmçinin, Qəzza zolağındakı vəziyyətlə bağlı olduğu da nəzərə çatdırılıb. Proqramın redaktoru da bu səbəbdən işdən çıxarılıb.

Qeyd edək ki, Meltem Günay 2017-ci ildə “TGRT News”un “Ən yaxşı səhər şousu aparıcısı” mükafatını alıb.

Xatırladaq ki, daha əvvəl Fələstinlə silahlı münaqişədə İsraili dəstəkləyən brendlərin boykot edilməsi tələbi ilə bütün dünyanı etiraz dalğası bürüyüb. 150 şirkət HƏMAS-ın hücumunu pisləyən bəyanatlar verib və bu kontekstdə onlarla ölkədə fəaliyyət göstərən böyük xarici şirkətlərlə yanaşı, “Disney”, “Starbucks”, “McDonald’s”, “Puma”, “Dior”, “L’Oreal” kimi məşhur şirkətlər də boykota məruz qalıb.

Mənbə: Lenta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top