
Türkiyədə kino biletlərinə görə tamaşaçılardan vergi tutulmasının dayandırılma müddəti uzadılıb
Türkiyə Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “əyləncə vergisi” kimi tanınan kino biletlərinə görə tutulan vergiyə sıfır dərəcənin tətbiqi müddəti 2022-ci il may ayının 31-dək uzadılıb.
Qeyd edək ki, qardaş ölkənin qanunvericiliyinə əsasən, biletlə giriş olan yerlərdə tamaşaçılar biletin qiymətinin 10 faizi qədər vergi ödəyirlər. Sirk, lunapark, musiqili bağça kimi əyləncə yerlərində isə bu verginin dərəcəsi 20 faizə qədər artır.
Türkiyədə yerli və xarici filmlərin nümayişi üçün tutulan əyləncə vergisinin dərəcəsi əvvəlcə 2021-ci il mayın 31-dək sıfıra endirilmişdi. Sonradan bu müddət iyul ayının sonuna qədər uzadıldı. Prezidentin yeni bir fərmanına əsasən isə yerli və xarici filmlərə baxmaq istəyənlər gələn il may ayının sonuna qədər əyləncə vergisi ödəməkdən azad ediliblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]