Türkiyədə dünyanın ən müqəddəs ziyarətgahlarından biri tamamilə dağıldı – FOTO/VİDEO
Türkiyədə fevralın 6-da baş verən zəlzələlər bir çox tarixi abidədən də təsirsiz ötüşməyib. Mütəmadi davam edən təkanlar səbəbindən bu gün Hatayda xristianların iki müqəddəs ziyarətgahı dağılıb.
700 illik Müqəddəs Məryəm kilsəsi
Hatayda yerləşən və təxminən 700 yaşı olduğu bilinən Müqəddəs Məryəm Kilsəsi zəlzələ zamanı binada yaranan zədələr səbəbindən çöküb, təkcə zəng qülləsi salamat qalıb.
Kilsənin 2020-ci ildə bərpa olunduğu bildirilir.
“Dünyanın ilk mağara kilsəsi”nin istinad divarı dağılıb
Hatayda daha bir tarixi binaya ciddi zərər dəyib. Söhbət Xristianlığın ən müqəddəs ziyarətgahlarından biri sayılan və dünyanın ilk mağara kilsəsi hesab edilən Müqəddəs Pyotr kilsəsindən gedir. Məlumata görə 1963-cü ildə Papa VI Pavelin “Ziyarət yeri” elan etdiyi ibadət ocağının istinad divarı uçub.
Qeyd edək ki, Müqəddəs Pyotr kilsəsi Stauris dağının (Xaç dağı) qərbində qayalara oyulmuş və dərinliyi 13 metr, eni 9,5 metr, hündürlüyü isə 7 metr olan mağaradan ibarətdir. Antakyadakı ilk xristianların gizli görüşləri üçün istifadə etdikləri bu mağara xristianlığın ən qədim kilsələrindən biri hesab olunur.
Mənbə: Haber Global
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]