Türkiyədə daxili aviareyslər kəskin bahalaşdı
Türkiyənin milli valyutasının rekord səviyyədə dəyərdən düşməsi fonunda ölkədə səfər qiymətləri artıb.
Belə ki, daxili reyslər üçün birtərəfli uçuşlarda maksimum səviyyə 43 faiz artımla 1 150 lirədən (72,68 manat) 1 650 lirəyə (104,28 manat) yüksəlib.
Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Ölkənin Mülki Aviasiya Baş İdarəsi isə iddianı təsdiqləməyib.
Bununla belə birtərəfli reys qiymətlərinə baxdıqda biletlərin 1 650 lirəyə qədər bahalaşdığı görünüb.
Türkiyə Avtobus Sürücüləri Federasiyası (TOFED) öz növbəsində bildirib ki, təyyarə biletlərinin bahalaşmasından sonra ölkədə avtobus reyslərinə tələbat artıb.
Mənbə: Haber Global
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]