Türkiyə XİN: Parlament seçkilərinin bütün Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edir
İstanbul, 2 sentyabr, Günel Karatepe, AZƏRTAC
Sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirlərə vəsilə olmasını diləyirik.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Parlament seçkilərinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçkilərin Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]