Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir
Ankara, 15 iyun, AZƏRTAC
“Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin sammitinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Afrika və Aralıq dənizi – süni intellekt və energetika” yüksək səviyyəli iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı İtaliyanın cənubundakı Apuliya bölgəsində keçirilən üç günlük sammitə fəxri qonaq kimi gəlib.
Qapalı keçiriləcək müzakirələr çərçivəsində Ərdoğanın G7 liderlərinin diqqətini Yaxın Şərq və Ukraynadakı vəziyyətə cəlb edəcəyi, Ankaranın bölgədə sülhün və sabitliyin təmin edilməsinə, ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə töhfə vermək əzmini vurğulayacağı bildirilib.
İtaliyadakı sammit çərçivəsində Türkiyə Prezidentinin bir sıra ikitərəfli görüşləri planlaşdırılır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]