Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Ankara, 17 may, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Atatürkün anım günü və 19 may – Gənclər və idman bayramına həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Ankaraya gələn Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan olan gənclər qrupunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin 81 vilayətinin hər birini görüşdə iki ali məktəb tələbəsi (oğlan və qız) təmsil edib. Bundan əlavə, salonda Azərbaycan və ŞKTC-dən olan iki gənc nümayəndə – ümumilikdə 166 nəfər olub.

Türk parlamentinin spikeri çıxışında vurğulayıb ki, gənclər cəmiyyətlərin gələcəyinin lokomotividir. “Türkiyə gənclər siyasətinin dövlətin prioritetlərindən biri olduğu ölkələrdəndir. Biz gənc nəslin potensialına səmimi-qəlbdən inanırıq”, – deyə Kurtulmuş bildirib və iştirakçılar arasında gələcək parlamentarilərin olacağını da istisna etməyib.

TBMM-nin rəhbəri Ankaranın daha ədalətli dünya nizamı yaratmaq istəyini vurğulayaraq, Türkiyənin inkişafı məqsədlərinə və siyasətinə diqqəti cəlb edib.

“Ölkələrinizin gələcəyinə, hüquqları pozulan bütün xalqların hüquqlarının müdafiəsinə töhfə verilməsinə görə siz məsuliyyət daşıyırsınız”, – deyə Kurtulmuş vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top