Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb – YENİLƏNİB-5 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb – YENİLƏNİB-5

Bakı, 18 iyun, AZƏRTAC

Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb – 3:1.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.

21:26

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli və dəqiq zərbə ilə “ay-ulduzlular”ı yenidən hesabda önə keçirib – 2:1.

Qeyd edək ki, görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

21:03

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra matçda hesab bərabərdir – 1:1.

Türkiyə yığmasının qoluna Mərt Müldür imza atıb. Gürcülərin heyətində isə Jorj Mikautadze fərqlənib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:52

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Türkiyənin heyətində Mərt Müldür, Gürcüstanda isə Jorj Mikautadze fərqlənib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:32

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk qol vurulub.

AZƏRTAC xəbər verir ki, 26-cı dəqiqədə Mərt Müldür baxımlı zərbə ilə 2ay-ulduzlular”ı hesabda önə keçirib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:01

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top