Türkiyə Hotelçilər Birliyi: “Ölkəmizə gələn azərbaycanlıların sayı bir milyona çatacaq” - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə Hotelçilər Birliyi: “Ölkəmizə gələn azərbaycanlıların sayı bir milyona çatacaq” – FOTO

“Təxminən 10 milyon əhalisi olan Azərbaycandan Türkiyəyə gələnlərin sayının pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşması qardaşlığın nümunəsidir”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Hotelçilər Birliyinin (TÜROB) sədri Müberra Eresin deyib.

Ötən il təxminən 700 min azərbaycanlının Türkiyəyə gəldiyini bildirən Eresin tezliklə bu rəqəmin bir milyona çatacağını təxmin etdiklərini bildirib:

“2022-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının ilk seçimi Türkiyə olub. Həmçinin həmin müddətdə Türkiyədən Azərbaycana 315 min turist gedib. Türkiyə Azərbaycana ən çox turist göndərən beş ölkə sırasındadır. Azərbaycan Türkiyədən daha çox turist qəbul etmək potensialına malikdir”.

TÜROB sədri qeyd edib ki, bu potensialı aktiv saxlamaq üçün azərbaycanlı həmkarlarla qarşılıqlı əməkdaşlığı və təbliğat işlərini daha da artıracaqlar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top