Türkiyə Futbol Federasiyası Merih Demirala dəstək olaraq UEFA-ya dosye göndərib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə Futbol Federasiyası Merih Demirala dəstək olaraq UEFA-ya dosye göndərib

Ankara, 6 iyul, AZƏRTAC

Türkiyə Futbol Federasiyası Avro-2024-ün 1/8 final mərhələsində UEFA-da mübahisəli reaksiyaya doğuran jestdən istifadə edərək qalmaqala səbəb olan Merih Dəmiralın müdafiəsi üçün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsinə 30 səhifəlik dosye göndərib.

Dəmiral avstriyalılarla matçda dubl edib (1:2) və qolu qeyd edərkən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının tərəfdarlarının jestindən istifadə edib.

AZƏRTAC xəbər verir ki, federasiya “Bozqurd” jestinin istifadə edilməsinə dair çoxsaylı misallar gətirib, onun Anadolu, Mərkəzi Asiya və dünyanın digər regionlarında türk xalqlarının minillik tarixini simvolizə etdiyini vurğulayıb.

UEFA-nın cavabı açıqlanmalıdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top